Prezident İlham Əliyev apellyasiya məhkəmələri sədrlərinin, məhkəmə kollegiyası sədrinin, birinci instansiya məhkəmələri sədrlərinin və hakimlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında Sərəncam imzalayıb.
Oxu.Az President.az-a istinadən xəbər verir ki, Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alınaraq və "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə uyğun olaraq,
apellyasiya məhkəmələri üzrə:
aşağıdakı hakimlər apellyasiya məhkəmələrinin sədrləri təyin edilirlər:
- Əkbərov Mübariz Dosməmməd oğlu - Bakı Apellyasiya Məhkəməsinin sədri;
- Paşayev Tofiq Temir oğlu - Sumqayıt Apellyasiya Məhkəməsinin sədri;
- Quliyev Nuru Nadir oğlu - Şəki Apellyasiya Məhkəməsinin sədri;
- Abdullayev Vəli Əsgər oğlu - Şirvan Apellyasiya Məhkəməsinin sədri;
ağır cinayətlər məhkəmələri üzrə:
- Rəşad Şəmşir oğlu Əliyev Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin sədri;
- Rafail Əyyub oğlu Əliyev Şəki Ağır Cinayətlər Məhkəməsinin sədri təyin edilirlər.
Həmçinin "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq,
apellyasiya məhkəmələri üzrə:
Fikrət Cilingir oğlu Hüseynov Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri təyin edilir;
ağır cinayətlər məhkəmələri üzrə:
- Zaur Arif oğlu Hacıyev Bakı Hərbi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi;
- Günel Kamil qızı Səmədova Bakı Hərbi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi;
- Azər Ramiz oğlu Tağıyev Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilirlər;
hərbi məhkəmələr üzrə:
Taleh Məhəmmədəli oğlu Mustafayev Goranboy Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Gəncə Hərbi Məhkəməsinin hakimi təyin edilir;
kommersiya məhkəmələri üzrə:
Gündüz Əhməd oğlu Şirinov Samux Rayon Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Gəncə Kommersiya Məhkəməsinin hakimi və sədri təyin edilir;
Bakı şəhərinin rayon məhkəmələri üzrə:
- Vahid Nəriman oğlu Sadıqov Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi və sədri təyin edilir;
rayon (şəhər) məhkəmələri üzrə:
- Tərlan Vaqif oğlu Nüsrətov Cəbrayıl Rayon Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Xankəndi Şəhər Məhkəməsinin hakimi və sədri;
- Şəhriyar İbrahim oğlu Əliyev Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Kürdəmir Rayon Məhkəməsinin hakimi və sədri;
- Nural Turab oğlu Əliyev Samux Rayon Məhkəməsinin hakimi və sədri təyin edilirlər.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.