Azərbaycan və İran dövlət başçılarının Bişkekdə "İstisu" mineral suyundan içməsi ilə yaranan gözəl ənənə bu dəfə Kəlbəcər rayonundakı "İstisu" zavodunda davamını tapıb. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin rəhbəri Hikmət Hacıyev və İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu bu ənənəni sürdürüblər.
Oxu.Az-ın xəbərinə əsasən, diplomatik korpusun Kəlbəcərdəki "İstisu" istehsal müəssisəsinə səfəri çərçivəsində Prezidentin köməkçisi Hikmət Hacıyev və İranın ölkəmizdəki diplomatik nümayəndəsi Müctəba Dəmirçilu formalaşmış ənənəyə sadiq qalaraq "İstisu" məhsulundan daddıqlarını nümayiş etdiriblər.
H.Hacıyev vurğulayıb ki, Prezident İlham Əliyev və onun iranlı həmkarı Məsud Pezeşkian olduqca gözəl bir adətin əsasını qoyublar.