Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
BMT: İtki və Zərər Fondunun tam fəaliyyəti üçün COP29-da qəbul edilmiş qərar çoxdan gözlənilirdi
"İtki və Zərər Fondunun (Loss and Damage Fund) tam fəaliyyət göstərməsini təmin etmək üçün COP29-da qəbul edilmiş qərar çoxdan gözlənilirdi".
Bunu "Report"un ABŞ bürosuna açıqlamasında BMT-nin Azərbaycandakı rezident koordinatoru ofisinin rəhbəri Kanako Mabuçi deyib.
BMT rəsmisi qeyd edib ki, COP29-da Azərbaycanın sədirliyi ilə əldə olunan növbəti uğurdan bəhs edib: "İtki və Zərər Fondunun iqlim dəyişikliyinin mənfi təsirlərinə ən həssas olan ölkələri və icmaları dəstəkləmək məqsədi daşıyır. BMT-nin Qaçqın Agentliyinin (UNHCR) son hesabatına əsasən, dünya üzrə 120 milyondan çox məcburi köçkünün dörddə üçü iqlim dəyişikliyindən ciddi şəkildə təsirlənən ölkələrdə yaşayır. Buna görə də İtki və Zərər Fondunun tam fəaliyyət göstərməsini təmin etmək üçün COP29-da qəbul edilmiş qərar çoxdan gözlənilirdi. Fond 2025-ci ildə layihələrin maliyyələşdirilməsinə başlayacaq. Bu günə kimi Fonda verilən ümumi maliyyə dəstəyi 730 milyon ABŞ dollarını ötür", - K.Mabuçi əlavə edib.
Qeyd edək ki, İtki və Zərər Fondunun yaradılması Misirdə keçirilmiş COP27 zamanı qərara alınmışdı. COP29 çərçivəsində isə Azərbaycanın sədirliyi ilə İtki və Zərər Fondu ilə bağlı bir sıra mühüm sazişlər imzalanıb. Bunlar Fondun İdarə Heyəti ilə Dünya Bankı arasında "Qəyyumluq Sazişi" və "Katibliyin Ev Sahibliyi Sazişi", eləcə də Fondun İdarə Heyəti ilə ev sahibi ölkə olan Filippin Respublikası arasında imzalanmış "Ev Sahibi Ölkəyə dair Saziş"dir. Hazırda Fonda vəd edilən ümumi maliyyə dəstəyi məbləği 750 milyon ABŞ dollarından artıqdır və əldə edilən bu nailiyyətlərlə İtki və Zərər Fondu 2025-ci ildən etibarən layihələri maliyyələşdirə biləcək.
"COP29" teqi üzrə xəbərlər
- Bakı Təşəbbüs Qrupu Roma Papasına məktub ünvanlayıb
- Andrey Boiç: "COP29-da əldə edilmiş razılaşmalar iqlim dəyişikliyi ilə mübarizədə mühüm iz qoyacaq"
- Normallaşma prosesini əngəlləyən üçlük: Dekotinyi, Okampo və katolikos
- İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib
- "Mastercard"ın dayanıqlılıq təşəbbüsləri və COP29 dövründə əsas fəaliyyətləri