Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Britaniyadan yüksəksəviyyəli nümayəndə heyəti COP29-da Bakıya gələcək
"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Böyük Britaniya hökumətindən yüksəksəviyyəli böyük nümayəndə heyətinin, eləcə də Britaniya biznesinin və vətəndaş cəmiyyətinin çoxsaylı nümayəndələrinin iştirakını gözləyirik".
Bunu "Report"a açıqlamasında Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin COP29 şöbəsinin rəhbəri Nik Beyker deyib.
Onun sözlərinə görə, Britaniya cəmiyyətində Azərbaycanla iqlim və ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa böyük maraq var.
N.Beyker qeyd edib ki, 2023-cü ilin dekabrında Azərbaycanın COP29-un ev sahibi seçilməsindən sonra iki ölkə arasında əməkdaşlıq xeyli güclənib: "COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Kral III Çarlz tərəfindən qəbul edilib. Britaniyanın yeni hökumətinin üzvləri ilə görüş keçirib. Bakıya, həmçinin konfransın ovaxtkı prezidenti Alok Şarma da daxil olmaqla Britaniyanın COP26 komandasının nümayəndələri səfər edib".
"Londonda İqlim Fəaliyyəti Həftəsi iqlim təşəbbüsləri sahəsində əsas hadisələrdən biridir. COP29 komandası qarşıdan gələn noyabr sammitinin prioritetlərini qlobal iqlim auditoriyasına təqdim etmək üçün bu platformadan istifadə edib. London İqlim Həftəsinin təşkilatçılarından biri 30 sentyabr - 4 oktyabr tarixlərində keçiriləcək ilk Bakı İqlim Fəaliyyəti Həftəsinin hazırlanmasında iştirak edir", - o vurğulayıb.
"Muxtar Babayev" teqi üzrə xəbərlər
- Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak edib
- Su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalanıb
- Muxtar Babayev: "Qadınlar iqlim dəyişikliyindən əziyyət çəkən həssas təbəqəyə aiddirlər"
- Muxtar Babayev: "Dünyada şəhər əhalisinin xüsusi çəkisinin 70%-ə çatacağı proqnozlaşdırılır"
- Muxtar Babayev: "Turizm çox vaxt lazımınca qiymətləndirilmir"