Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

ABŞ-dən Tayvana yüzmilyonlarla dollarlıq dəstək
ABŞ Prezidenti Co Bayden Tayvana 567 milyon dollarlıq hərbi yardımın ayrılmasına dair göstəriş verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Ağ Evin rəsmi saytında dərc edilmiş bəyanatda bildirilir.
"ABŞ-nin Konstitusiyası və qanunları ilə mənə prezident kimi verilmiş səlahiyyətlə dövlət katibinə göstəriş verirəm ki, Pentaqonun müdafiə məhsulları və xidmətləri, Tayvana yardım göstərilməsi məqsədilə hərbi sahədə təlimlər və hazırlıq üçün 567 milyon dollara qədər vəsait ayrılsın", - deyə bəyanatda Co Baydenin sözləri qeyd edilib.
Xatırladaq ki, ötən il Vaşinqton Müdafiə Nazirliyinin xətti ilə Tayvana 345 milyon dollar ayırıb.
"Tayvan" teqi üzrə xəbərlər
- Tayvanda təlim təyyarəsi qəzaya uğrayıb
- Mask ermənipərəst Pelosi barədə araşdırmaya başlayır: Onun bu qədər milyonları haradandır?
- Tayvandakı partlayışda xəsarət alanların sayı artdı
- Tayvan Trampın yüksək rüsumlarından yayınmağın yolunu tapdı
- Tayvanda silsilə silkələnmələr: Ard-arda beş zəlzələ baş verdi