"Kolonizasiyanın bu günə qədər ölkələrimizdə, xüsusilə də Burundidə bunun davam etdiyini görürük".
Oxu.Az xəbər verir ki, bunu Kolonizasiyaya Qarşı Pan-Afrika Şəbəkəsinin üzvü, təzminatların ödənilməsinin müdafiəçisi Alıne Dusabe Bakıda "Belçika müstəmləkəçiliyi: tanınma və məsuliyyət" adlı beynəlxalq konfransda "Təqdimat və məsuliyyət: Simvolik jestlər və təminatlar" mövzusunda aparılan müzakirələr zamanı deyib.
O bildirib ki, təhsil sistemi hələ də bəzi insanlara üstünlük verir, digərlərini isə ayrı-seçkiliyə məruz qoyur:
"Missionerlər tərəfindən idarə olunan məktəblər - Burundi məktəblərinin əksəriyyəti onlara məxsus idi - müsəlmanlara qarşı ayrı-seçkilik edirdilər.
Bu, həm təhsildə, həm də idarəetmədə özünü göstərirdi. Məsələn, mənim doğma adım Halima idi. Amma məktəbə gedə bilmək üçün adımı dəyişdirdilər. Burundidə əgər sənin adın Abdullah, Abbas, Hamis və ya Məhəmməd idisə, məktəblərə girmək çox çətin idi.
Təəssüf ki, biz burundililər bunu "normal" kimi qəbul etdik. Amma bu, normal deyildi. Çünki alman və Belçika müstəmləkəçiliyindən əvvəl Burundiyə ərəb tacirlər gəlmişdi və onlar burundililəri İslama gətirmişdilər.
Amma ərəblər getdikdən sonra müsəlmanlar bədnamlaşdırıldı, guya onlar kölə alverçiləri olan Umaiyyə və ərəb tacirlərinin tərəfdaşları imiş kimi təqdim olundular".
Alıne Dusabenin sözlərinə görə, bu gün müsəlmanlar həmin tarixi damğanın və kolonial stereotiplərin sosial nəticələrini daşıyırlar:
"Ona görə "ictimai dəyişiklik" və "ruhların sağalması" yalnız keçmişi tanımaqla deyil, həm də bütün bu dərin sosial və dini yaraları sağaltmaqla mümkündür. Hazırda Burundidə baş verənlər "cənublularla" (Southis) bağlıdır. Onlar çox uzun müddətdir ki, hakimiyyətdədirlər. Hal-hazırda Houthis ("Cənublular") hakimiyyətdədir.
Bilirsinizmi, nələr baş verir? "Cənublular"a "müstəmləkəçilərin oğulları" deyirlər. Yəni "kolonistlərin övladları". Üstəlik, hazırda "İsraildən gəlmiş müsəlmanlar" da eyni kateqoriyaya salınır, çünki artıq real müstəmləkəçilər yoxdur, amma "Cənublular" onların "əziz övladları" kimi qəbul edilirlər. Təsəvvür edin, biz hansı ölkədə yaşayırıq.
Ərəblər Burundiyə 100 ildən çox əvvəl - 1885-ci ildə gəlmişdilər. "Cənublular" burada, Burundidə doğulublar. Amma bu günə qədər mən hələ də müsəlman olduğuma görə, guya "ərəblər tərəfindən dəstəklənirəm" deyə zərər çəkirəm".
Aygün Mirakif