Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Ceyhun Bayramovdan Paşinyana tutarlı cavab
"Azərbaycan sülh sazişi üzrə növbəti versiyasını iyunun 24-də Ermənistana təqdim edib, İrəvan isə yalnız 70 gün sonra öz versiyasını təqdim edib".
Oxu.Az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov serbiyalı həmkarı Marko Curiçlə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Azərbaycan yenidən təkliflər paketi hazırlayıb Ermənistana təqdim edəcək.
Onun sözlərinə görə, Ermənistanın Baş naziri mətbuat konfransında həqiqəti əks etdirməyən fikirlər səsləndirib:
"Ermənistanın təqdim etdiyi təkliflər paketindən tərəflərin razılığa gəlmədiyi məqamlar çıxarılıb. Ermənistan düşünür ki, guya bu yolla məsələni həlli etmək olar. Halbuki əsas, taleyüklü məqamlara diqqət ayrılmayıb".
Mərahim Nəsib
"Ceyhun Bayramov" teqi üzrə xəbərlər
- Ceyhun Bayramov Şarl Mişellə görüşüb
- Sülh müqaviləsindən sonra Bakı və İrəvan beynəlxalq məhkəmələrdə iddialardan geri çəkiləcəklər
- Xarici işlər naziri: "Azərbaycan-İtaliya Universitetinin yeni kampusu tikiləcək"
- Ceyhun Bayramov: "Türk Dövlətləri Təşkilatı Azərbaycan üçün vacib beynəlxalq təşkilatdır"
- Azərbaycan XİN başçısı: "BMT TŞ-nin tərkibi 1940-cı illərin reallığını özündə əks etdirir"