Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Seçki günü məntəqələrdən 11 nəfər təcili yardıma müraciət edib
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə seçki günü, sentyabrın 1-də seçki məntəqələrindən 11 nəfərin (7-si qadın, 2-si kişi cinsli olmaqla) ümumi müraciəti qeydə alınıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Qeyd olunub ki, müraciət edən şəxslərdən yeddi nəfərə yerində yardım göstərilib, bir nəfər (qadın cinsli şəxs insult diaqnozu ilə) isə tibb müəssisəsinə hospitalizasiya olunub. O cümlədən, 2 nəfər yardımdan imtina edib.
Müraciətlərin əsas səbəbi baş ağrısı, hipertenziya ilə bağlı olub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Milli Məclisinə təyin edilən növbədənkənar seçkidə təcili yardım xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Rəylər