Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən PFL prezidenti xəstəxanadan evə buraxılacaq
Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov sabah xəstəxanadan evə buraxılacaq.
Bu barədə PFL-in media və marketinq direktoru Sənan Abdullayev "Report"a məlumat verib.
"Elxan müəllim sabah xəstəxanadan evə buraxılacaq. Amma 6 ay müddətində reabilitasiya davam edəcək. Bununla yanaşı, bu həftədən həm də işə çıxacaq", - deyə S. Abdullayev bildirib.
Qeyd edək ki, hadisə 2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi "Mercedes Vito" markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
"Peşəkar Futbol Liqası (PFL)" teqi üzrə xəbərlər
- "Qarabağ" ardıcıl dördüncü dəfə qış çempionluğunu elan edib
- Peşəkar Futbol Liqasında "Ayın qolu" layihəsinin şərtləri niyə DƏYİŞDİRİLDİ?
- "Sumqayıt" klubunun dörd legioneri "Zirə" ilə görüşdə komandaya kömək edə bilməyəcək
- Azərbaycan klubu doğma meydanına qayıdır
- Azarkeşlər "Neftçi" və "Turan Tovuz"u ziyana salıblar
Rəylər