Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Polşa XİN rəhbəri: "Polşa və digər ölkələr sərhədə yaxınlaşan Rusiya raketlərini vurmalıdırlar"
Polşa və Ukrayna ilə həmsərhəd olan qonşu ölkələr yaxınlaşan Rusiya raketlərini hava məkanına daxil olmadan əvvəl vurmağa "məcburdurlar".
Oxu.Az-ın məlumatına görə, bunu Polşa Xarici İşlər naziri Radoslav Sikorski "Financial Times"a müsahibəsində bildirib.
Onun sözlərinə görə, Varşava NATO üçün mümkün nəticələrə baxmayaraq, öz vətəndaşlarının təhlükəsizliyini təmin etməlidir. O vurğulayıb ki, Şimali Atlantika Alyansına üzvlük ölkələri öz hava məkanını qorumaq məsuliyyətindən azad etmir, çünki bu, onların konstitusiya borcudur.
Sikorski həmçinin qeyd edib ki, onun ölkəsinə yaxınlaşan düşmən raketlərinə zərbə endirməyi qanuni müdafiə hesab edir. Raketlər hava məkanına daxil olan kimi onun parçaları əhəmiyyətli zədələnmə riski yaradır.
"Onlara zərbə endirmək qanuni müdafiə olardı, çünki bizim hava məkanımıza daxil olan raketlərin parçaları kimisə yaralaya biləcək dərəcədə risklidir", - deyə nazir yekunlaşdırıb.
Rəylər