Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Qatarların sürətinə dair məhdudiyyətlər müəyyənləşdi
Nazirlər Kabineti "Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimat"ı təsdiqləyib.
Oxu.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, təlimat dəmiryol stansiyasında qatarların hərəkəti zamanı müxtəlif siqnalizasiya, mərkəzləşmə və bloklama (SMB) qurğularının, həmçinin siqnalizasiya və əlaqə vasitələrinin saz və ya nasaz olduğu hallarda qatarların qəbuluna, göndərilməsinə və buraxılmasına, dəmir yollarında və qurğularda təmir-tikinti işləri aparıldıqda qatarların qəbuluna və göndərilməsinə, habelə manevrlərin yerinə yetirilməsinə və qatarlara xəbərdarlıqların verilməsinə dair tələbləri müəyyən edir.
Onun tələbləri qatarların hərəkəti və manevr işləri üzrə əməliyyatları yerinə yetirən hüquqi şəxslər, fərdi sahibkarlar və onların işçiləri üçün məcburidir.
İnfrastruktur sahibinin və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibinin dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair normativ və texniki sənədləri təlimata zidd olmayan hissədə tətbiq edilir.
"Dəmir yolu" teqi üzrə xəbərlər
- Azərbaycanda dəmir yolunda qaydaların pozulmasına görə cərimələr artırılır
- Dəmir yolu stansiyasının binası yararsız vəziyyətdədir: Daşkəsənə sərnişindaşıma həyata keçiriləcək?
- XİN başçısı: "Araz çayı üzərində körpü tikintisi davam edir"
- OSJD prezidenti: "Orta Dəhliz yükdaşımaların sürətləndirilməsi üçün strateji əhəmiyyət daşıyır"
- Ceyms Leder: "Azərbaycanda orta göstəricilər yüksəkdir"