Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycana PUA ilə narkotik gətirmək istədilər
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitənin realizə olunmasının qarşısı alınıb. Tədbirlərlə əvvəllər məhkum olunmuş 48 yaşlı İlqar Babayev və 46 yaşlı Asiman Əzimov saxlanılıblar.
Oxu.Az-ın xəbərinə görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, onlardan 15 kiloqram marixuana aşkarlanıb. Araşdırmalarla onların narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdikləri və maddi qazanc qarşılığında deyiləcək ünvanlara çatdırmağa razılaşdıqları müəyyən edilib.
Bundan əlavə, şöbə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında rayonun Səncərədi kəndi ərazisindəki örüş sahəsinə keçirdikləri baxış zamanı PUA-ya bərkidilmiş bağlamadan 10 kiloqram marixuana aşkarlanaraq götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- Bakıda narkoşəbəkənin əsas üzvlərindən biri saxlanıldı - ANBAAN GÖRÜNTÜLƏR
- İrandan Azərbaycana 46 kq narkotik keçirilməsinin qarşısı alındı
- Şəkidə keçmiş məhkum 26 kiloqram narkotiklə ƏLƏ KEÇDİ
- Polis Abşeron və Ucarda 30 kq narkotik aşkarlayıb
- Boliviyadan Sabunçuya daşınan yarım milyonluq kokain - Polis əməliyyatının MARAQLI DETALLARI