"Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının işinin əsas istiqamətlərindən biri Ukraynanın bərpası və modernizasiyasıdır".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Ukraynanın energetika naziri, Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının həmsədri Denis Şmıqal komissiyanın 14-cü iclasının açılışında çıxış edərkən deyib.
Nazir bildirib ki, rəsmi Kiyev Azərbaycan şirkətlərini Ukraynanın bərpasının planlaşdırılmasında və həyata keçirilməsində iştiraka dəvət edir:
"Müharibə risklərinə baxmayaraq, bütün çətinliklərə, problemlərə və logistika ilə bağlı, eləcə də digər məsələlərlə bağlı çağırışlara baxmayaraq Azərbaycandan şirkətləri dəvət edirik".