Kürdəmirdə toyda qəfil ölən iş adamı ilə bağlı yeni detallar məlum olub.
Oxu.Az xəbər verir, mərhum Vüqar Nağıyevin əmisi Hikmət Nağıyev də məhz ötən ilin noyabr ayında ürək çatışmazlığından qəfil vəfat etmişdi.
Qeyd edək ki, Vüqar Nağıyevin Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun dayısı oğlu olduğu bildirilir.

Kürdəmir rayonunda iş adamı qəfil vəfat edib.
Oxu.Az xəbər verir ki, hadisə rayon ərazisində yerləşən şadlıq saraylarından birində baş verib.
Belə ki, rayon sakini, iş adamı kimi tanınan Vüqar Nağıyev toy məclisi zamanı qəfil dünyasını dəyişib.
Onun ürək çatışmazlığından vəfat etdiyi bildirilir.
Qeyd edək ki, Vüqar Nağıyev rayonda sahibkar kimi tanınıb.
İqbal Ziya