Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Neft Fondunun 2016-cı il büdcəsinin təsdiqlənməsi haqqında fərman imzalayıb.
Oxu.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncama əsasən, Neft Fondunun 2016-cı il büdcəsinin gəlirləri 6 milyard 711 milyon 564,1 min manat, xərcləri isə 8 milyard 181 milyon 399,7 min manat müəyyənləşdirilib.
Azərbaycan Dövlət Neft Fondunun 2016-cı il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:
| Sıra №-si | Xərc istiqamətləri | Xərclərin məbləği (min manat) |
| 3.1. | Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi | 90 000,0 |
| 3.2. | Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinə transfert | 6 000 000,0 |
| 3.3. | Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi | 70 000,0 |
| 3.4. | Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi | 137 621,7 |
| 3.5. | 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi | 36 558,0 |
| 3.6. | Cənub Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi | 1 822 800,0 |
| 3.7. | Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər | 24 420,0 |
|
| Cəmi | 8 181 399,7 |