Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Əhliman Əmiraslanov tibbdəki yeniliklərdən və inkişafdan danışıb - VİDEO
“Prezident İlham Əliyevin 20 illik prezidentliyi dövründə əhaliyə göstərilən tibbi xidmətin yaxşılaşdırılması sahəsində çox böyük işlər görülüb. Bu 20 ildə 700-ə qədər yeni səhiyyə müəssisəsi inşa olunub, ən müasir avadanlıqlarla təchiz edilərək əhalinin ixtiyarına verilib”.
Bunu Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini Əhliman Əmiraslanov Şuranın Ümumi yığıncağında deyib.
“Bu gün Prezidentin dəstəyi ilə və nəzarəti altında Azərbaycanda İcbari Tibbi Sığorta həyata keçirilir. İcbari Tibbi Sığortanın bütövlükdə ölkədə tətbiqi əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini yüksəldir”, - deyə o vurğulayıb.
Ətraflı Baku TV-nin süjetində: