Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 25-26-da Azərbaycana gələcək.
Oxu.Az-ın məlumatına görə, bu barədə o, Ankarada Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 5-ci iclasından sonra keçirilən mətbuat konfransında bildirib.
Səfərin məqsədi Bakıda keçiriləcək BMT Sivilizasiyalararası Alyansının 7-ci qlobal forumunda iştirak etməkdir.