Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ərdoğan: “Türkiyə tarixi bir dönüm nöqtəsində azərbaycanlı qardaşlarının yanında yer alıb”
“Türkiyə eynilə bir əsr əvvəl Nuri Paşa rəhbərliyindəki Qafqaz İslam Ordusunun etdiyi kimi tarixi bir dönüm nöqtəsində azərbaycanlı qardaşlarının yanında yer alıb”.
“Haber Global”ın məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Azərbaycanlı qardaşlarımız ölkəmizin də dəstəyi ilə 44 gün davam edən Vətən müharibəsini, həmd olsun, şərəfli bir zəfərlə taclandırıb. 30 ildir işğalda saxlanılan Azərbaycan torpaqları xilas edilmiş, Dağlıq Qarabağın vətən həsrəti sona çatmışdır. Hər anı qəhrəmanlıqlarla dolu 44 günlük bir savaşın ardından qazanılan zəfər hərbi, diplomatik və siyası baxımdan çox böyük anlamlar daşıyır.
Qarabağ artıq donmuş münaqişəni deyil, haqqın batilə qalib gəlməsi nəticəsində qazanılmış şanlı bir zəfəri ifadə edir. Şəhidlərimizin fədakarlığının rəmzi olan Azərbaycan bayrağı 30 ildən sonra Qarabağda qürurla dalğalanır. Laçından Şuşaya, Füzulidən Kəlbəcərə qədər bütün Qarabağ səmasını əzan bəzəyir.
Dağlıq Qarabağın xilası ilə Qarabağda yeni bir dövrün qapıları aralanıb. İnşallah bundan sonra bölgədə mərkəzində atışma yerinə sülhün, gərginlik yerinə əməkdaşlığın, münaqişə yerinə yaxşı qonşuluq münasibətlərinin olduğu yeni bir status-kvo qurulacaqdır. Qardaşım İlham Əliyevin dəvəti əsasında həyata keçirdiyimiz Azərbaycan ziyarəti bu baxımlar çox önəmli mesajlar ehtiva edir.
Azadlıq meydanında keçirilən Zəfər tədbirlərində mərhum Heydər Əliyevin “tək millət, iki dövlət” şüarının canlandığını hamımız birlikdə yenidən gördük. Bakı küçələrində, əllərində, maşınlarında, binalarında, balkonlarında Türkiyə və Azərbaycan bayraqları daşıyan azərbaycanlı qardaşlarımızın biz də heyətimizlə birlikdə ortaq olduq. VƏtən müharibəsi zamanı şəhid olan 2783 qəhrəman Azərbaycan əsgərini və 100 dinc sakini rəhmətlə yad etdik. Beləliklə, Türkiyə və Azərbaycanın kədərdə və sevincdə tək ürək, tək bilək olduğunu bütün dünyaya bir daha göstərdik.
Bundan, əlavə səfər zamanı keçirdiyimiz görüşlərdə Qarabağ mövzusunda beynəlxalq müstəvidə və digər ölkələrlə iş baxımından izləyəcəyimiz yol xəritəsini müzakirə etdik. Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında bərpa və müxtəlif infrasturuktur layihələrini dəyərləndirdik. Vətəndaşlarımıza şəxsiyyət vəsiqəsi ilə səyahət imkanı verən protokolla yanaşı, media və investisiya sahələrində müxtəlif anlaşmaların imzalanmasına şahidlik etdik. İmzalanan anlaşmaların müdafiə və infrastruktur başqa olmaqla hər sahədə əməkdaşlığımızı daha genişləndirəcəyinə inanıram.
Bu vəsilə ilə dəyərli qardaşım İlham Əliyevə dəvəti və qonaqpərvərliyi üçün özüm və yoldaşım adından, özünə və yoldaşına, eyni zamanda millətim adından Azərbaycan xalqına salam və sevgilərimi göndərirəm.Vətən, bayraq və əzan uğruna canlarını fəda edən Azərbaycan ordusunun qəhrəman nəfərlərinə Allahdan rəhmət, ailələrinə səbr, qazilərimizə şəfa diləyirəm. Qazanılan zəfər münasibətilə şəxsim və millətim adına bir daha Azərbaycan türklərini təbrik edirəm!”, - deyə R.T.Ərdoğan bildirib.