Türkiyədə hərbi çevrilişə cəhd zamanı prezident Rəcəb Tayyib Ərdoğanın müşaviri Mustafa Varankın qardaşı öldürülüb.
Oxu.Az-ın “Milliyet” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə millət vəkili Yalçın Akdoğan özünün “Twitter” hesabından məlumat paylaşıb.
Qeyd edək ki, Türkiyədə baş vermiş hərbi çevriliş cəhdi nəticəsində 90 nəfər həyatını itirib.