Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Ermənilərin "tanrılar panteonu": Kərkicahandakı mağarada gizlədilən şifrələr
Kərkicahandakı süni mağarada erməni mifologiyasının "tanrıları" təsvir olunub: Aramazd, Anait, Vahan, Astxik, Nane, Mher, Spandaramet... Amma bu fiqurlar sadəcə mif deyil - siyasi mesaj daşıyan, mənimsənmiş obrazlardır.
Əslində isə bu "panteon" Kommagena kralı I Antiox Teosun Nəmrud dağında yaratdığı sinkretik dini-siyasi modelin kölgəsidir. Antiox Şərq və Qərbin tanrılarını birləşdirərək onlarla ittifaq quran hökmdar obrazı yaratmışdı.
Ermənilər isə bu modeli mənimsəməklə həmin obrazlardan saxta mifologiyalarında tarixi legitimlik üçün istifadə ediblər. Aramazd - Zevs və Hörmüzdün imitasiya sintezi, Anait - Artemida və Anahitanın surəti, Vahan - Heraklın və Bəhram Gurun kölgəsi, Mher - Apollon-Mitra-Helios obrazının zəif təsdiqi, Spandaramet isə zərdüştlüyün Spenta Armaiti inancının birbaşa mənimsənilən fiqurudur.
Bu miflər uydurulmuş "ilklik" iddiasını gücləndirmək üçün yaradılıblar və ideoloji məqsəd göstəriciləridir. Bu və digər məqamlara Baku TV-nin "Qarabağ xronikası" verilişinin yeni buraxılışında aydınlıq gətirilib.
Ətraflı süjetdə:

"Baku TV" teqi üzrə xəbərlər
- Elgünün müəmmalı ÖLÜMÜ - 18 yaşlı gəncin qətlindəki sirr hələ də AÇILMAYIB
- "Maşın bazarı"ndakı durğunluğun əsl səbəbləri
- Xronika: Ermənistanın qanunvericilik, icra və məhkəmə orqanlarında Azərbaycan dili işlənəcək
- Yasamalda sakinləri ölümlə üz-üzə gətirən təhlükəli vəziyyət
- Qızıl bazarında saxta məhsullar satılır - İDDİA