Estoniya Xarici İşlər Nazirliyinin rəsmi saytında Azərbaycanın ərazi bütövlüyü təhrif edilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, http://www.vm.ee saytının “Səyahətçilər üçün” bölməsində Naxçıvan Muxtar Respublikası Azərbaycanın deyil, Ermənistanın ərazi kimi göstərilib.
Estoniya XİN-in mətbuat şöbəsi ilə əlaqə saxlanılaraq, bu yanlışlıq onların diqqətinə çatdırılıb.
Bundan sonra yanlışlıq aradan qaldırılıb, Naxçıvan MR saytda Azərbaycanın ərazisi kimi göstərilib.