Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
"Fransa bizə qarşı assimilyasiya siyasəti həyata keçirir" - Paris insan hüquqlarını necə pozur?
"1974-ci ilin 22 dekabrında qəmərliləri referendum səsverməsinə çağırırdılar ki, onlar müstəqil olmaq istəyir, ya yox? Xalqın 74 faizi müstəqilliyə səs verdi. Bu nəticələrə uyğun olaraq yerli ərazi idarəetmə assambleyası Qəmər xalqının müstəqilliyini bəyan etdi".
Oxu.Az xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə Fransanın işğalı altında olan Mayot adasına həsr olunan beynəlxalq konfransda Qəmər Adaları İttifaqının rəsmisi Thabit Ahmed deyib.
Onun sözlərinə görə, qəmərlilər müstəqilliyini elan edəndən sonra Fransanın müstəmləkə siyasəti ilə üzləşiblər:
"Fransa bizə qarşı aqressiya duysa da, 2010-cu ildən etibarən assimilyasiyaya məruz qalsaq da, müstəqillik yolundan imtina etməmişik. Qəmər xalqının səsi hələ də beynəlxalq səviyyədə eşidilir. Beynəlxalq cinayət məhkəməsində Fransaya qarşı cinayət işi başlansın və Qəmər xalqının mübarizəsinə sona qədər beynəlxalq səviyyədə dəstək verilsin".
Mərahim Nəsib
"Bakı Təşəbbüs Qrupu (BTQ)" teqi üzrə xəbərlər
- BTQ dənizaşırı ərazilərdə iqtisadi azadlığın necə boğulması haqqında hesabat hazırlayıb
- Şöbə müdiri: "Fransa idarəçiliyindəki ərazilərdə çox ciddi diskriminasiya mövcuddur"
- Gələn il BTQ-nin hesabatında kolonizasiya bölgələrinin sayı daha çox olacaq
- Bakı Təşəbbüs Qrupu İllik Hesabat təqdim edəcək
- Bakı Təşəbbüs Qrupu ilə Sen-Martenin Birliyi Assosiasiyası arasında memorandum imzalanıb