Fransa Xarici İşlər Nazirliyi (XİN) İranın Naxçıvana hücumu ilə əlaqədar Azərbaycanla tam həmrəyliyini bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə Fransa XİN-in yaydığı bəyanatda deyilir.
"Fransa bu gün səhər Azərbaycanın Naxçıvan Beynəlxalq Hava Limanına İranın dron hücumunu qətiyyətlə pisləyir. Fransa bu hücum zamanı xəsarət alan dörd nəfərin tezliklə sağalmasını arzulayır", - deyə məlumatda vurğulanır.