Baku TV "COP-BAKU" layihəsi çərçivəsində COP29-un üçüncü günü haqqında reportaj hazırlayıb.
Bildirilib ki, noyabrın 13-də həm Mavi Zonada, həm də Yaşıl Zonada geniş müzakirələr aparılıb. Eyni zamanda, Azərbaycanın təklifi əsasında gündəliyə salınan iqlim problemlərinin su hövzələrinə mənfi təsiri müzakirə edilib.
Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammiti tədbirində iştirak edib. Nitq söyləyən dövlət başçısı çıxışında kiçik ada dövlətlərinin hüquqları ilə bağlı bir sıra önəmli məqamlara diqqət çəkib.
Ölkə rəhbəri neokolonializm və iqlim dəyişmələrindən danışaraq müstəmləkə siyasətinin ekologiyaya zərər vuran əsas amillərdən biri olduğunu bildirib.
Prezident İlham Əliyev qeyd edib ki, Fransanın və Niderlandın "dəniz əraziləri", xüsusilə də Sakit Okean və Karib adalarında olan ərazilərin iqlimi çox böyük, ciddi çətinliklərlə üzləşib.
Prezident son olaraq Fransanın insan hüquqlarını kobudcasına pozduğu faktlara diqqət çəkib. Azərbaycan lideri Fransanın törətdiklərinə səssiz qalan Avropa təsisatlarını tənqid edib.
Ətraflı süjetdə:
Baku TV "COP-BAKU" layihəsi çərçivəsində COP29-un üçüncü günü haqqında reportaj hazırlayıb.