Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Fuad Hüseynəliyev: "Frank Şvabenin bəyanatları sağlam düşüncəyə sığmır"
"Vətən müharibəsinin başa çatması və ardınca da Azərbaycanın bütün ərazisində suverenliyinin tam bərpasından sonra Avropada anti-Azərbaycan ritorika özünü qabarıq formada göstərməyə başladı".
Bunu "Report" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev CBC telekanalına müsahibəsində deyib.
"Bu proses Avropa Parlamenti də daxil olmaqla ayrı-ayrı Avropa strukturlarının hesablamaları və siyasəti ilə uzlaşmırdı. Biz bilirik ki, Avropa parlamentində Azərbaycana qarşı münasibət necədir və onu sevmirlər", - o qeyd edib.
Direktor bildirib ki, ərazi bütövlüyünün bərpası ilə bağlı Azərbaycanda gedən proseslər Avropanın müəyyən strukturlarının siyasətinə uyğun gəlmir, çünki onlar ölkəmiz üzərində təsir rıçaqlarını itirirlər.
Almaniya parlamentinin deputatı Frank Şvabenin anti-Azərbaycan bəyanatlarına gəlincə, F.Hüseynəliyev qeyd edib ki, bu, ölkənin səsinin AŞPA-da alınması cəhdinə cavab olaraq Azərbaycanın bu qurumda iştirakını dayandırması ilə bağlı ola bilər:
"Bu, həm təşkilata, həm də xüsusən də Frank Şvabeyə təsir edib".
F.Hüseynəliyev xatırladıb ki, AŞPA-da Azərbaycanın fəaliyyətini məhdudlaşdırmaq cəhdindən sonra Bakı bu təşkilatın müşahidəçilərini seçkiyə dəvət etməyi dayandırıb və bu da onun nümayəndələrinin qəzəbinə səbəb olub:
"Əgər hər hansı ölkəni təşkilatda səsvermə hüququndan məhrum edirlərsə, o zaman niyə ölkə sizi seçkilərini müşahidə etməyə dəvət etməlidir? F.Şvabenin buradakı iddialarının məntiqi sağlam düşüncə çərçivəsinə qətiyyən uyğun gəlmir. Ola bilsin ki, AŞPA-da mövqelərinin uzaqgörən olmadığını anlayıblar. Rəsmi Bakının reaksiyasını görüb düşünürlər ki, Azərbaycanla belə qarşıdurmaya getməyə dəyməz".
"Avropa Parlamenti" teqi üzrə xəbərlər
- Rəsmi Bakıdan Fransaya etiraz: Qərəzli mövqenin uğursuz sonu
- Avropa Parlamenti Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
- Fransa səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırıldı
- Boykot uğursuz oldu, Qreta autda: COP29 - Azərbaycanın siyasi qələbəsidir
- Azərbaycan COP29-da Fransanın neokolonializm siyasətini İFŞA EDİR