Gürcüstanın baş naziri Georgi Kvirikaşvili mayın əvvəllərində Azərbaycana səfər edəcək.
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycanın Tbilisidəki səfiri Namiq Əliyev bildirib.
Məlumata görə, Gürcüstan hökumətinin başçısı Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyasının iclasında iştirak edəcək.
“Hər iki tərəfdən komissiyaya baş nazirlər rəhbərlik edir. Hazırda biz Gürcüstan baş nazirinin səfərinə və iclasa hazırlaşırıq”, - deyə səfir vurğulayıb.