Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
![DSMF sədri: "Minimum əməkhaqqının artırılması 700 min nəfəri əhatə edəcək"](https://images.oxu.az/2025/02/05/XfZoSa0TSJknI9s4TsfCJH5OC2IWCWaYCG7DwIhI:1200.jpg)
DSMF sədri: "Minimum əməkhaqqının artırılması 700 min nəfəri əhatə edəcək"
"Minimum əməkhaqqının artırılması 700 000 şəxsi əhatə edir".
Oxu.Az xəbər verir ki, bunu DSMF-nin İdarə Heyətinin sədri Himalay Məmişov brifinqdə deyib.
O bildirib ki, minimum əməkhaqqı artırılan şəxslərdən 400 000 nəfəri dövlət, 300 000 nəfəri isə özəl sektorda çalışır.
Qeyd edək ki, Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamına uyğun olaraq, reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində 2025-ci ilin əvvəlindən minimum əməkhaqqı 345 manatdan 16 faiz artımla 400 manata çatdırılıb, özəl sektor da daxil olmaqla bir sıra sahələrdə əməkhaqları artırılıb.
Məhərrəm Əliyev
"Himalay Məmişov" teqi üzrə xəbərlər
- Sədr: "Hazırda pensiyaya çıxmaq üçün tələb olunan kapital 46 min manat ətrafındadır"
- Pensiyaların artımla veriləcəyi TARİX AÇIQLANDI
- Ünvanlı sosial yardımın məbləği ARTIRILACAQ?
- Ünvanlı sosial yardım almaq üçün artıq bəzi məlumatları daxil etmək tələb olunmur
- Ünvanlı sosial yardımla bağlı YENİLİKLƏR
Ən çox oxunanlar