Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İcma: "Fransanın ARTE kanalında Azərbaycana qarşı böhtan və iftira ilə dolu sənədli film yayımlanıb"
"Fransanın ARTE kanalında "Azərbaycanlılar və türklər iki qardaş xalqdır və eyni vəhşilikləri törətməyə qadirdirlər" kimi Azərbaycana qarşı böhtan və iftiralarla dolu sənədli film yayımlanıb".
Oxu.Az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir.
Bildirilib ki, ən son COP29 zamanı bir sıra Qərb mediasının Azərbaycana qarşı çirkin kampaniyasının şahidi olmuşduq:
"Yalandan özünü müstəqil media adlandıranlar, söz azadlığından dəm vuranlar azərbaycanofob, islamofob siyasi dairələrin əlində alətə çevriliblər. Təəssüf ki, bəzi Qərb mediası "xristian Ermənistan və müsəlman Azərbaycan" hekayəsini yaymaqda davam edir və cəmiyyətləri məsələyə sırf etnik və dini təəssübkeşlikdən yanaşmağa kökləyir".
"Qeyd edilən sənədli film XXI əsrdə irqçiliyin, anti-Azərbaycan nifrətinin Fransa cəmiyyətinin bütün sahələrinə yayılmasının daha bir nümunəsidir. Fransanın özünü diplomat adlandıran Ermənistandakı səfirinin zaman-zaman Azərbaycanı hədəf alan cılız, ölkəsini hörmətdən salan, Ermənistan cəmiyyətinin radikal hissəsini isə cuşa gətirən açıqlamaları isə irqçilikdən əlavə, həm də Fransa siyasi isteblişmentində gedən güclü deqradasiyanı göstərir", - deyə bəyanatda qeyd olunub.