Azərbaycan prezidenti İlham Əliyev İspaniya kralı VI Əlahəzrət Felipeyə təbrik məktubu göndərib.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, prezident VI Felipeni İspaniya kralı kimi taxta çıxması münasibətilə təbrik edib.
Məktubda qeyd olunub ki, bu gün Azərbaycan ilə İspaniya arasındakı münasibətlərin xoş ənənələri mövcuddur:
“Ümidvaram ki, ölkələrimizi birləşdirən dostluq əlaqələri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da genişlənəcək və möhkəmlənəcək. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İspaniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram”.