“İctimai Fikir Fondu”nun (İFF) sorğusunun nəticələrinə görə, Rusiya vətəndaşlarının 66%-i Vladimir Putinin 2018-ci ilə qədər Rusiya prezidenti olmasını istəyir.
Oxu.Az korrespondent.net-ə istinadən xəbər verir ki, tədqiqatın nəticələrinə görə sorğuda iştirak edənlərin üçdə biri Putinin dövlət başçısı kimi fəaliyyətinin onların maraqlarına uyğun olduğunu söyləyib.
Bu göstərici son ildə gözəçarpacaq dərəcədə yüksəlib, 2012-ci ilin sentyabrında 36%, 2014-cü ilin iyun ayında isə artıq 66% olub.
Sorğuda iştirak edənlərin 74%-i isə Putinin prezident fəaliyyətinin iki il bundan öncə seçkilər zamanı dövlət başçısı kimi ondan gözlədiklərinə müvafiqdir. Bundan başqa İFF sorğu iştirakçılarının 55%-i düşünür ki, Putin öncəki prezidentlik dövründən fərqli olaraq hal-hazırda prezidentin vəzifələrinin öhdəsindən daha yaxşı gəlir.
İFF sorğusunda iştirak edənlərin təxminən yarısı ölkədə yaxşılığa doğru baş verən dəyişikliklərin Putinin siyasəti hesabına baş verdiyini hesab edir. Keçən ilin aprel ayı ilə müqayisədə bu göstərici 18% artıb. Ölkədə baş verən həm yaxşılığa, həm də pisliyə doğru bütün dəyişikliklərin səbəbinin Putin olmasını isə 28% rusiyalı düşünür.
Xatırladaq ki, mayın 29-da verilən xəbərə görə, Putinin reytinqi maksimuma çatıb. Rusiya vətəndaşları arasında Putinin populyarlığı Krımın anneksiyasından sonra sürətlə artdı.