Fotomodel Keti Klirinin həyat yoldaşı onun Hollivud ulduzu Leonardo DiKaprio ilə şəklini gördükdən sonra intihar edib.
Oxu.Az Hollywood Life-a istinadən xəbər verir ki, iyun ayının 22-si Endryu Ştern özünə atəş açaraq intihar edib. Beş həftə öncə onun arvadını məşhur kino-aktyorunun yanında görüblər.
40 yaşlı ərinin ölümündən sonra Şterna Kliri polislərə ərinin boşanmalarına sərt reaksiya verdiyini və depressiyaya düşdüyünü danışıb.
May ayının 19-da Kliri DiKaprio ilə birgə Kann festivalına gəlib. Fotoqraflar aktyorun xanımın qulağına nə isə pıçıldadığını çəkiblər. Kinofestival zamanı onlar ayrılmayıblar. Sonradan isə xanımı Edriana Qrenye ilə görüblər, Klirinin özü də Di Kaprio ilə münasibətini gizləmir.
O, Qrenye ilə münasibətləri olduğunu təkzib edir. Modelin sözlərinə görə onlar yoldaşı ilə səkkiz ay öncə ayrılıblar, apreldə isə boşanma üçün ərizə veriblər, bu proses hələ başa çatmayıb. Kliri qeyd edib ki, onun aktyorla bərabər çəkilən fotoları intihara səbəb ola bilməz. O, qeyd edib ki, o bunları əri ilə müzakirə ediblər, bu səbəbdən münaqişə yaşamayıblar.
Model həmçinin Qrenye ilə çoxdan dostluq etdiyini, DiKaprio ilə isə əvvəllər tanış olmadığını deyib. Klirinin sözlərinə görə o festival zamanı aktyorla nadir heyvan növlərinin saxlanması məsələlərindən danışıblar. Hal-hazırda DiKaprionun başqa bir model Toni Qarrn ilə görüşməsi Klirinin lehinədir.
Amma TMZ portalı aydınlaşdırıb ki, mərhumun dostları başqa söz deyirlər: o 2010-cu ildə ailə həyatı qurduğu Kliri ilə ayrılıqlarına kəskin reaksiya verirdi. Onların sözlərinə görə Klirinin DiKaprio ilə olan fotoları Ştern üçün son damla oldu. O, hələ də öz həyat yoldaşını sevirdi, həyat yoldaşının daima məşhurların əhatəsində olması ilə razılaşa bilmədiyi üçün boşanmaya ərizə vermişdi. Bundan başqa mərhumun maliyyə problemləri var idi, bütün bu səbəblərdən o depressiyaya düşmüşdü.