Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonu ərazisində dənizdə (“Bilgəh” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər Fövqəladə Hallar Nazirliyinin “Bilgəh” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub.
Oxu.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, əməliyyat saat 17:50-də başa çatıb.
Həmçinin, FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Astara rayonu ərazisində dənizdə (“Astara” sularda xilasetmə postunun ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin “Astara” sularda xilasetmə postunun xilasediciləri tərəfindən xilas olunub. Əməliyyat saat 18:28-də başa çatıb.