Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İlham Əliyev MN-in hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Bu barədə President.az-da məlumat dərc olunub.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:
"general-leytenant" hərbi rütbəsi
general-mayor Namiq Sərəfruz oğlu İslamzadəyə
"general-mayor" hərbi rütbəsi
polkovnik Həsən Əli oğlu Əlövsədova
polkovnik Vilayət Bərxuda oğlu Quluyevə".

"İlham Əliyev" teqi üzrə xəbərlər
- Leyla Əliyeva və Arzu Əliyeva Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət ediblər
- Bakıda ICESCO-nun regional ofisinin rəsmi açılış mərasimi olub
- "Əziz qardaşım", "Dostluq körpüsü", tarixi bağlar: Azərbaycan-İran münasibətlərində yeni SƏHİFƏ
- ADSEA-ya Naxçıvanda əlavə səlahiyyət verildi
- Azərbaycanın Gürcüstandakı səfirliyində yeni vəzifə təsis olundu