Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İlham Əliyev: "Bu gün biz tam açıq-aydın deyə bilərik ki, təyyarə Rusiya tərəfindən vuruldu"
"Mən onların (pilotların - red.) fəaliyyətini, peşəkarlığını, fədakarlığını çox yüksək qiymətləndirirəm. Pilotlar və bütün ekipaj böyük qəhrəmanlıq göstərdilər".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib.
"Pilotlar həm peşəkarlıq, həm qəhrəmanlıq göstərmişlər ki, idarəedilməz vəziyyətdə olan təyyarəni müxtəlif üsullarla idarə edirdilər. Baxmayaraq, təbii ki, pilotlar təcrübəli pilotlar idi və bilirdilər ki, onlar bu qəza enişindən sağ çıxa bilməyəcəklər. Ancaq sərnişinləri xilas etmək üçün onlar maksimum böyük qəhrəmanlıq göstərmişlər və məhz bunun nəticəsində təyyarə qəzasında sağ qalanlar var. Məhz bunun nəticəsində füzelyajın bir hissəsi yanmayıb və məhz bunun nəticəsində bu gün biz tam açıq-aydın deyə bilərik ki, təyyarə Rusiya tərəfindən vuruldu", - deyə dövlətimizin başçısı qeyd edib.

"İlham Əliyev" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycan Xronikası: "Hotellərdə müsəlmanlar üçün ibadət otaqlarının açılması zəruridir"
- İlham Əliyev Rüfət Mahmuda yüksək vəzifə verdi
- Prezident dövlət xidmətinin bəzi əməkdaşlarını təltif etdi
- Samir Şərifov dörd ölkə ilə iqtisadi əlaqələri tənzimləyəcək
- Maqsud İbrahimbəyovun 90 illiyi qeyd olunacaq