"Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri" təsdiq edilib.
Oxu.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.
Yeni qanunla Beynəlxalq Telekommunikasiya İttifaqının 2023-cü il 20 noyabr - 15 dekabr tarixlərində baş tutmuş Ümumdünya Radiorabitə Konfransının Yekun Aktları ilə qəbul olunmuş "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri" Azərbaycan Respublikasının müvafiq bəyanatı ilə (bəyanatın mətni əlavə olunur) təsdiqlənib.