Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İlham Məmmədovun lider namizəd olduğu dairədə bir məntəqənin nəticələri etibarsız sayıldı
Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar daxil olan müraciətlərə baxılır.
Oxu.Az-ın xəbərinə görə, MSK katibi Arifə Muxtarova 48 saylı Yevlax Seçki Dairəsi üzrə daxil olan müraciət barədə məlumat verib.
Şikayəti qeydə alınmış namizəd Rüfət Hacıbəyli ünvanlayıb.
R.Hacıbəyli müraciətində həmin dairə üzrə seçkilərin nəticələrinin etibarsız sayılmasını tələb edib.
MSK iclasda qərara alıb ki, R.Hacıbəylinin şikayəti qismən təmin edilsin.
“Araşdırma nəticəsində məlum olub ki, Yevlax Seçki Dairəsinin 6 saylı seçki məntəqəsində seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hallar müəyyənləşib”, - deyə Arifə Muxtarova əlavə edib.
MSK qərara alıb ki, həmin seçki dairəsinin 6 saylı seçki məntəqəsinin nəticələri etibarsız sayılsın.
Qeyd edək ki, adıçəkilən dairədə lider namizəd İlham Məmmədovdur.
Aqşin Kərimov
"Milli Məclis" teqi üzrə xəbərlər
- Komitə sədri: "Şəhid və qazilərimizin mənzil məsələsi yaxın bir ildə öz həllini tapacaq"
- Evdə sosial xidmətdən istifadənin əhatə dairəsi genişləndirilir
- Azərbaycanda sosial xidmətin növləri artırılır
- Çətin həyat şəraitində olan şəxslərin qarşısına yeni tələb qoyulur
- Deputat: "Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı ilə bəşər tarixində bir vəhşilik aktıdır"