İspaniyanın Moskvadakı səfirliyi partlayış təhdidi olan anonim zənglə əlaqədar evakuasiya edilir.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə fövqəladə xidmətlərdəki mənbə bildirib.
Hazırda işçilər səfirlikdən evakuasiya edilir, səfirliyə kinoloqların gələcəyi gözlənilir.
Bütün obyektlər üzrə yoxlama aparılır. Hələlik heç bir təhdid təsdiqlənməyib.
N.H.