Ermənistanın Dağlıq Qarabağdakı işğalı davam edir.
Oxu.Az xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İstanbulda keçirilən XIII Zirvə toplantısında İƏT Baş katibi İyad Madani bildirib.
Onun sözlərinə görə, islam ölkələri münaqişənin həllini istəyir.
“Münaqişənin Azərbaycanın beynəlxalq təsdiq edilmiş sərhədləri çərçivəsində, dövlətin suverenliyinin qorunması ilə həllinin vacib olduğunu düşünürük”, - deyə, Madani bildirib.
Qeyd edək ki, iki günlük Zirvə toplantısı davam edir. Zirvə toplantısında Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edirlər.