Latviyanın Azərbaycandakı səfirliyi İranın Naxçıvana pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirməsini pisləyib.
Oxu.Az xəbər verir ki, bu barədə diplomatik nümayəndəlik sosial şəbəkə hesabında paylaşım edib.
"Latviyanın Azərbaycandakı səfirliyi Naxçıvan Muxtar Respublikasında beynəlxalq hüquq prinsiplərini pozaraq hava limanına zərər vuran və mülki şəxslərin xəsarət almasına səbəb olan PUA hücumlarını qətiyyətlə pisləyir. Biz Azərbaycanla həmrəyik və regionda sülh və təhlükəsizliyə dəstəyimizi bir daha təsdiqləyirik", - deyə səfirlikdən bildirilib.