Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Leyla Əliyeva Elmi Tədqiqat Pediatriya və Elmi Tədqiqat Mamalıq və Ginekologiya institutlarında olub
Dekabrın 9-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunu və Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunu (6 saylı doğum evi) ziyarət edib.
AZƏRTAC xəbər verir ki, tibb ocaqlarının fəaliyyəti ilə tanış olan Leyla Əliyeva burada müalicə alan uşaqların valideynləri ilə görüşüb. Səhiyyə naziri Teymur Musayev Heydər Əliyev Fondunun vitse-prezidentinə bu elmi tədqiqat institutlarında yaradılmış şərait barədə məlumat verib.
Leyla Əliyeva tərəfindən hər iki tibbi müəssisəsinə yüksəktezlikli süni tənəffüs cihazları, küvəzlər və digər müasir tibbi avadanlıqlar hədiyyə olunub.
"Leyla Əliyeva" teqi üzrə xəbərlər
- Bakıda mozaika kompozisiyalarında restavrasiya işlərinə başlanılır
- Leyla Əliyevanın təşəbbüsü ilə Yevlaxda uşaqlara ustad dərsləri keçirildi
- Leyla Əliyeva sosial xidmət müəssisəsi uşaqlarının konserti ilə bağlı paylaşım edib
- Leyla Əliyeva ilin idman yekunları ilə bağlı tədbirdən paylaşım edib
- Gənclər və İdman Nazirliyi ilin ən yaxşılarını mükafatlandırıb