Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

MDB PA-nın baş katibi APA ölkələrini faşizm üzərində qələbənin 80-ci ildönümü tədbirinə dəvət edib
"MDB Parlamentlərarası Assambleyasının əsas vəzifələrindən biri birlik ölkələrində milli qanunvericiliyin təkmilləşdirilməsi və uyğunlaşdırılmasıdır".
Oxu.Az xəbər verir ki, MDB Parlamentlərarası Assambleyasının baş katibi Dmitri Kobitskiy deyib.
O bildirib ki, MDB Parlamentlərarası Assambleyası ötən müddət ərzində 700-dən çox nümunəvi qanunvericilik aktı qəbul edib:
"MDB-yə üzv dövlətlərin parlamentləri seçki hüququ və azadlıqları ilə bağlı konvensiya hazırlayıb və bu, 20 il əvvəl birliyə üzv dövlətlərin başçıları tərəfindən imzalanıb".
"2025-ci ildə Böyük Vətən müharibəsində qələbənin 80-ci ildönümüdür. Bu çərçivədə aprel ayında BMT-nin terrorçuluqla mübarizə idarəsi və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə birgə iclas keçiriləcək. May ayında isə XI Nevski Beynəlxalq Ekoloji Konqresi baş tutacaq. Mən Asiya Parlament Assambleyasının (APA) ölkələrini bu tədbirlərdə iştiraka dəvət edirəm", - deyə baş katib qeyd edib.
Mərahim Nəsib
"Asiya Parlament Assambleyası" teqi üzrə xəbərlər
- Bakı Bəyannaməsində əksini tapan vacib məqamlar
- Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası başa çatıb
- Asiya Parlament Assambleyasının növbəti illər üçün sədrləri seçilib
- Asiya Parlament Assambleyasının 15-ci Plenar Sessiyası çərçivəsində Bakı Bəyannaməsi qəbul edilib
- Asiya Parlament Assambleyasının komitə iclasında səkkiz qətnamə layihəsi təsdiqlənib