İtaliya Nazirlər Şurasının sədri Corcia Meloni Bakıya səfəri ilə bağlı sosial şəbəkədə açıqlama yayıb.
Oxu.Az-ın xəbərinə görə, o, öz "X" hesabında iki ölkə arasındakı münasibətlərdən bəhs edib.
"Biz Bakıda İtaliya üçün konkret və uzunmüddətli əhəmiyyət kəsb edən strateji tərəfdaşlığımızı gücləndirmək niyyətindəyik.
Azərbaycanla enerji, təhlükəsizlik, nəqliyyat infrastrukturu, investisiya və siyasi dialoq sahələrində onsuz da əhəmiyyətli olan əməkdaşlığımızı möhkəmləndirmək və onu getdikcə ölkələrimiz üçün konkret imkanlara çevirmək istəyirik.
İndiki kimi belə çətin zamanlarda müəyyənliyi qorumaq olduqca vacibdir. Və İtaliya ilə Azərbaycan arasındakı münasibətlər də belə müəyyənliklərdən biridir", - deyə Meloni paylaşımda yazıb.
A Baku per rafforzare una partnership strategica che per l’Italia ha un valore concreto e di lungo periodo.
— Giorgia Meloni (@GiorgiaMeloni) May 5, 2026
Con l’Azerbaigian vogliamo consolidare una cooperazione già molto importante su energia, sicurezza, connettività, investimenti e dialogo politico, trasformandola sempre di… pic.twitter.com/2yXmRiOdHa
Xatırladaq ki, İtaliya Nazirlər Şurasının sədri Corcia Meloni mayın 4-də Azərbaycana işgüzar səfər edib.