Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Mərakeş Krallığının şahzadəsi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
Azərbaycanda səfərdə olan Mərakeş Krallığının şahzadəsi Lalla Hasnaa mayın 5-də Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub.
Lalla Hasnaa, həmçinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həyatlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.
Sonra Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
"Mərakeş" teqi üzrə xəbərlər
- Mehriban Əliyeva Mərakeşin xanım Şahzadəsi Lalla Hasnaa ilə görüşüb
- Fransa XİN başçısına istefa təklif edildi
- Mərakeş kralı Ramazan bayramı münasibətilə yüzlərlə məhbusu əfv etdi
- Mərakeş kralı VI Məhəmməd çağırış etdi: "Bu il ölkədə qurban kəsilməsin"
- Üç ölkə dünya çempionatı üçün xüsusi komissiyalar yaradacaq