Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Məzahir Pənahov: "Bizdən narazı olanlar isə məhkəmələrə müraciət edə bilərlər"
"Seçkinin təşkili və keçirilməsi ilə bağlı hər hansı bir təklif olsa, bunu nəzərə alacağıq".
Oxu.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, seçici siyahıları ilə bağlı fikirlər səsləndirilir: "Hətta biz özümüz az qala çağırırıq ki, gəlin şikayət verin.
Bizdən narazı olanlar isə məhkəmələrə müraciət edə bilərlər. Bizim yalnız Seçki Məcəlləsinin tələblərinə uyğun addım atmaq imkanımız var".
Dairə seçki komissiyalarının qərarlarından narazı olan şəxslərim müraciətlərinə baxılması sentyabrın 11-də saat 18:00-da bitəcək.
Mərahim Nəsib
"Mərkəzi Seçki Komissiyası (MSK)" teqi üzrə xəbərlər
- Yanvarın 29-da ölkə üzrə neçə seçki məntəqəsi fəaliyyət göstərəcək?
- Bir sıra dairə seçki komissiyalarının tərkibində dəyişiklik edildi
- Məzahir Pənahov qeydə alınan namizədlərin ən son sayını AÇIQLADI
- Bələdiyyə seçkisi ilə əlaqədar seçki bülletenlərinin çapına başlanıldı
- Bələdiyyə üzvlüyünə namizədlər müəyyənləşib