Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin Azərbaycandakı səfirini qəbul edib
Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Respublikasının Azərbaycandakı səfiri Cahit Bağçını qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, parlamentin sədrini bu vəzifəyə yenidən seçilməsi münasibətilə təbrik edən səfir ötən dövrdə Milli Məclisin ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsinə mühüm töhfələr verdiyini söyləyib.
Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin "Bir millət, iki dövlət" şüarına əsaslanaraq, uğurla inkişaf etdiyini deyən Sahibə Qafarova ölkələrimizin və xalqlarımızın həm şad, həm də çətin günlərdə hər zaman birlikdə olduqlarını vurğulayıb. Spiker qeyd edib ki, ölkə başçılarımızın dostluq və qardaşlıq münasibətləri bizim hər birimiz üçün örnək təşkil edir.
O qeyd edib ki, bu gün Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq münasibətlərinə qısqanclıqla yanaşanlar var. Həmçinin, bəzi dairələr Azərbaycan və Türkiyəyə qarşı təzyiqlər göstərməyə, onların müstəqil, milli maraqlara söykənən siyasətlərinə təsir etməyə cəhd edirlər. Sahibə Qafarova bu cür cəhdlərin heç bir nəticə verməyəcəyini, dövlətlərimizin inkişaf yolunda inamla addımlamağa davam edəcəyini vurğulayıb.
Milli Məclisin sədri bu vəzifəyə yenidən seçilməsindən sonra onu ilk olaraq Numan Kurtulmuşun təbrik etdiyini, həmçinin, parlament seçkisində Türkiyə Böyük Millət Məclisinin (TBMM) müşahidə missiyasının ən böyük heyətlə təmsil olunduğunu xatırladaraq, bunları, digər sahələrdə olduğu kimi, parlamentlərimiz arasında da əlaqələrin ən yüksək səviyyədə olmasının göstəricisi kimi qiymətləndirib.
Spiker TBMM sədri ilə bir neçə gün öncə keçirdiyi görüşü məmnunluqla xatırlayaraq, görüşdə gündəlikdə duran məsələlər haqqında səmərəli müzakirələrin aparıldığını bildirib. O, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun tam tərkibdə yenidən formalaşdığını bildirərək, qarşıdakı dövrdə də münasibətlərin daha da inkişafı üçün müvafiq səylərin davam etdiriləcəyini vurğulayıb.
Görüşdə Azərbaycan və Türkiyənin, bir çox beynəlxalq təşkilatlarda olduğu kimi, Türk Dövlətləri Təşkilatında uğurla əməkdaşlıq etdiyi qeyd olunaraq, parlamentlərimizin də TürkPA çərçivəsində bu istiqamətdə fəaliyyətini davam etdirdiyi bildirilib.
Sahibə Qafarova Cahit Bağçının Türkiyə Respublikasının Azərbaycandakı səfiri kimi fəaliyyətini təqdir edərək, onun qanunverici orqanla da sıx təmaslar qurduğunu söyləyib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
"Sahibə Qafarova" teqi üzrə xəbərlər
- Sahibə Qafarova: "44 günlük Vətən müharibəsi və antiterror tədbirləri haqsızlığa son qoydu"
- Sahibə Qafarova: "AŞPA və Avropa Parlamenti Azərbaycanın daxili işlərinə müdaxilə etməyə çalışırlar"
- Sahibə Qafarova Mövlud Çavuşoğlu ilə görüşüb
- Parlamentdə ucuz şou: Deputatların "odlu-alovlu" populizmi
- Spiker Sahibə Qafarova deputatlara irad bildirib