Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Mirzoyan: "ATƏT-in Minsk qrupu sülh sazişindən sonra buraxıla bilər"
"ATƏT-in Minsk qrupu İrəvan və Bakı arasında sülh sazişi imzalandıqdan sonra buraxıla bilər".
Oxu.Az-ın məlumatına görə, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Antalya diplomatik forumu çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramovla panel müzakirəsi zamanı bildirib.
"Biz Minsk strukturunun buraxılması prosesini başlamağa və bitirməyə hazır olduğumuzu bir neçə dəfə ifadə etmişik. Bu struktur münaqişə olmadıqda buraxıla bilər. Hazırda bizim münaqişəmiz var? Ərazidə yoxdur, münaqişə yoxdur, lakin kağız üzərində saziş də yoxdur. Bizim üçün həll yolu aydındır. Biz saziş imzalamalı, bu münaqişəni həmin gün institusional olaraq bitirməli və Minsk strukturunu buraxmalıyıq. Mən hətta hansı sənədin digərindən əvvəl imzalanmalı olduğunu demirəm", - deyə Mirzoyan qeyd edib.
"ATƏT-in Minsk qrupu" teqi üzrə xəbərlər
- Ayxan Hacızadə: "Paşinyanın açıqlaması Ermənistanın dayanıqlı sülhdə maraqlı olmadığını göstərir"
- Elçin Əmirbəyov Qvatemala Respublikasına işgüzar səfəri çərçivəsində görüşlər keçirib
- Ziyafət Əsgərov: "ATƏT-in Minsk qrupunun görməli olduğu işi biz etdik"
- Ceyhun Bayramov: "Ermənistanla dialoq vasitəçilərlə olandan daha əhəmiyyətli nəticələr verir"
- Zaxarova: "Minsk konfransının bütün strukturları buraxılmalıdır"