Türkiyənin ən köklü və uğurlu futbol klublarından olan "Beşiktaş" son illərdə ciddi maliyyə çətinlikləri ilə üzləşir. Klubun 31 dekabr 2024-cü il tarixinə olan ümumi borcu 15.65 milyard türk lirəsi (672 milyon manatdan çox) olaraq açıqlanıb.
Oxu.Az-ın IHA-ya istinadla verdiyi xəbərə görə, bu rəqəmlər "Beşiktaş" klubunun idarə heyətinin 2025-ci il üçün ilk toplantısında səsləndirilib.
Görüşdən əvvəl kluba üzvlüyünün 50 illiyini qeyd edənlərə sertifikatlar təqdim olunub.
Görüş başlamazdan əvvəl otağa daxil olan keçmiş prezident Hasan Arat ilə Beşiktaş sədri Tevfik Yamantürk arasında qısamüddətli gərginlik yaşanıb.