Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Mirzoyan: "Ermənistan və Azərbaycan məhsullarının qarşılıqlı tranzitini təşkil edə bilərik"
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesində irəliləyiş olduğunu bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə o, Finlandiyanın "Lännen Media" informasiya agentliyinə müsahibəsində deyib.
A.Mirzoyan bunu münasibətlərin normallaşması prosesində müsbət xəbər kimi qiymətləndirib.
"Sərhəd var və biz onun harada olduğunu bilirik. Bu, 1991-ci il Alma-Ata Bəyannaməsi ilə müəyyən edilir. Təbii, iki ölkənin komissiyaları gələcək delimitasiya və dəqiq demarkasiya üzərində birgə işləməlidir, sərhədin demarkasiyası gələcək sabitliyin təminatıdır".
Kommunikasiyaların açılması məsələsinə toxunan Mirzoyan qeyd edib ki, Ermənistan və Azərbaycan hər iki tərəf üçün məqbul olacaq qərarlara gələ bilərlər:
"Biz Ermənistan mallarının Azərbaycan ərazisindən və əksinə, Azərbaycan mallarının Ermənistan ərazisindən tranzitini təşkil edə bilərik. Birinci mərhələdə dəmir yolu tranzitini bərpa edə və onu tədricən genişləndirə bilərik".
"Ararat Mirzoyan" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycan İcması Ararat Mirzoyana cavab verib
- XİN rəhbərinin müavini Cenevrədə Mirzoyana cavab verib
- Səhnədən çıxmaq istəməyən üçlük - ördək, balıq, xərçəngin "tələs, tələsmə" təklifi
- Azərbaycan və Ermənistan arasında tranzit prosedurları sadələşdirilə bilər
- Ermənistanda rusiyalı hərbçi ölüb: 102 saylı baza bağlana bilər