Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Moskva ilə İrəvan arasında gizli sövdələşmə, yoxsa? - VİDEO
“Qərb Cənubi Qafqazda son dərəcə təhlükəli planlarını həyata keçirmək üçün Ermənistanı alətə çevirmək istəyir. Vaşinqton və Brüssel müvəqqəti vədlər altında İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqından çıxmasına, Rusiya hərbi bazası və sərhədçilərinin Ermənistandan çıxarılmasına can atır. Brüsseldə elan edilən qrant dəstəyinin həcmi Ermənistanın Avrasiya İqtisadi İttifaqı və MDB çərçivəsində əldə etdiyi çoxmilyardlı fayda ilə müqayisə edilə bilməz”.
Bu fikirlər Rusiya Xarici İşlər Nazirliyinin aprelin 5-də Brüsseldə Ermənistan, Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları arasında keçirilən danışıqların yekunları ilə bağlı bəyanatında yer alıb. Rəsmi Moskva bununla Nikol Paşinyan hakimiyyətini Qərbin onu yanlış yola yönəltməsinə imkan verməməyə çağırıb.
Rusiyada hesab edirlər ki, NATO paytaxtında baş tutan danışıqlar Paşinyan hakimiyyətinin planlaşdırdığı kimi keçməyib.
Ekspertlərin fikrincə, İrəvan Qərbə xidmətlərini pulsuz göstərməyəcəklərini bildirib. Paşinyanın parlamentdə son çıxışından da aydın olur ki, Ermənistan Qərbin bu cüzi yardımından razı qalmayıb və buna görə də Rusiyadan tam ayrılmaq istəmir.
Rusiyalı ekspertlər hesab edirlər ki, Brüssel danışıqlarının ancaq iqtisadi məzmunda olması ilə bağlı bəyanatlara inanmaq olmaz.
Daha ətraflı “İTV Xəbər Yekun”un süjetində: