Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
![MSK-da bələdiyyə seçkisi ilə bağlı daxil olan müraciətlərə baxılıb](https://images.oxu.az/2025/02/12/1V7xIENGGXeopPnN283ab1BHEWn8m6ObAhVopi7T:1200.jpg)
MSK-da bələdiyyə seçkisi ilə bağlı daxil olan müraciətlərə baxılıb
Mərkəzi Seçki Komissiyasında yanvarın 29-da keçirilən bələdiyyə seçkisi ilə bağlı daxil olan növbəti müraciətlərə baxılıb.
Oxu.Az xəbər verir ki, müraciətləri MSK katibi Arifə Muxtarova, qurumun və ekspert qrupunun üzvləri Ramiz İbrahimov, Fuad Cavadov, Qabil Orucov, Nailə Əsgərova və Bəxşeyiş Əsgərov təqdim ediblər.
Müraciətlərə əsasən, 115 saylı Şəki kənd seçki dairəsinin Kiçik Dəhnə bələdiyyəsini əhatə edən 32, 34 və 35 saylı məntəqələrdə, 111 saylı Zaqatala-Balakən seçki dairəsini əhatə edən Zaqatala bələdiyyəsinin 12 seçki məntəqəsində, 3 saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsini əhatə edən Şıxmahmud bələdiyyəsində, 80 saylı Lerik-Astara seçki dairəsini əhatə edən Vizəzəmin bələdiyyəsində, 58 saylı Xaçmaz kənd seçki dairəsini əhatə edən Xudat bələdiyyəsində, 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsini əhatə edən Müşfiqabad bələdiyyəsinin 47, 48 saylı seçki məntəqələrində qanun pozuntularına yol verilib.
MSK-nın qərarına əsasən, 115 saylı Şəki kənd seçki dairəsinin Kiçik Dəhnə bələdiyyəsi, 111 saylı Zaqatala-Balakən seçki dairəsinin Zaqatala bələdiyyəsi və 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsinin Müşfiqabad bələdiyyəsində müraciətlər əsassız hesab edilib və dairə seçki komissiyalarının müvafiq qərarları dəyişdirilmədən saxlanılıb.
Həmçinin, 3 saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsinin Şıxmahmud bələdiyyəsi, 80 saylı Lerik-Astara seçki dairəsinin Vizəzəmin bələdiyyəsi və 58 saylı Xaçmaz kənd seçki dairəsinin Xudat bələdiyyəsi üzrə müraciətlər isə müraciətetmə müddətinin ötürülməsi səbəbindən ərizəçiyə geri göndərilib.
Xatırladaq ki, yanvarın 29-da keçirilən bələdiyyə seçkisində bir milyon 874 min 810 seçici səsvermə hüququndan istifadə edib və seçici fəallığı 31.45 faiz olub.
Daha çox foto burada: PhotoStock.az
Mərahim Nəsib
"Mərkəzi Seçki Komissiyası (MSK)" teqi üzrə xəbərlər
- MSK seçki subyektləri ilə bağlı materialları araşdırma üçün Baş Prokurorluğa göndərəcək
- Məzahir Pənahov komissiya üzvlərinə tapşırıq VERDİ
- Bələdiyyə seçkisi ilə əlaqədar növbəti iclas: MSK-ya ünvanlanan müraciətlərə baxılıb
- Bəcirəvan bələdiyyəsi üzrə təkrar seçki fevralın sonunda elan edilə bilər
- Məzahir Pənahov: "Bələdiyyə seçkisi ilə bağlı sosial şəbəkədə yayılan görüntülər araşdırılacaq"